Rövnəq Abdullayev Fatih Dönmezlə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşüb.

Azadinform xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumatı yayıb.

Bildirilir ki, görüşdə SOCAR-ın prezidenti türkiyəli nazirə şirkətin bu ölkədəki investisiyaları və gələn həftə açılışı olacaq “Star” neft emalı zavodu barədə (NEZ) məlumat verib.

Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu oktyabrın 19-da istifadəyə veriləcək.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.

12.10.2018 17:09 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo