Almeyda 1-ci, Qara 3-cü oldu

Samir Soltanov/AZADİNFORM. Milli komandamızın üzvləri Riçard Almeyda və Qara Qarayev UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyun günündən sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında ilk 3-lükdə yer alıb. 

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, R. Almeyda 3 oyunda 215 dəqiq ötürmə ilə siyahıya başçılıq edir. Qarayev isə 3-cü pillədə qərarlaşıb. O 201 dəqiq ötürməyə sahibdir. 

Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz dünən səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəlib.

12.10.2018 16:15 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
    19.10.2018
    Xeyirhah Messi
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo