Yaxında Fəratın şərqindəki terror yuvalarını darmadağın edəcəyik

Samir Soltanov/AZADİNFORM. “Ölkə daxilində terrorçulara tarix boyu görmədikləri zərbələr vurduq”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, sərhədimizdən kənarda da heç bir terrorçu özünü güvəndə hiss etmir: “Çünki, onlar bilirlər ki bir gecə qəflətən gələ bilərik. İraqda oynanılan oyunları pozduq. Suriyada sərhədlərimiz boyunca yaradılmağa cəhd edilən terror koridorunu “Fərat qalxanı”, “Zeytun budağı” və “İdlib” əməliyyatları ilə qarşısını aldıq. İnşallah çox yaxında Fəratın şərqindəki terror yuvalarını darmadağın edəcəyik”.

12.10.2018 15:24 / Baxılıb: 276 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo