Qlobal neft tələbatı gündəlik 99 milyon 200 min barrel olacaq

Samir Soltanov/AZADİNFORM. Cari ildə qlobal neft tələbatı gündəlik orta hesabla 99 milyon 200 min barrel təşkil edəcək. 

Azadinform xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə neft tələbatının sutkalıq 100 milyon 500 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır. 

EIA-ya görə, bu il neftə olan tələbatda 34 milyon 900 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerdə isə 31 milyon 900 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşıb.

12.10.2018 14:53 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo