Səbail RİH: Sürüşmə zonasında aktivlik müşahidə olunub

Adəm Abbaslı/AZADİNFORM. Badamdar şosesində sürüşmə zonasında aktivlik müşahidə olunub.

Səbail rayon İcra Hakimiyyətindən Azadinform-a verilən məlumata görə, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Badamdar qəsəbəsi Badamdar şosesində kəskin maili dağ yamacında, əvvəllər tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Bildirilir ki, məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. 

Qeyd edək ki, vətəndaşların və Badamdar yolundan keçən avto nəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şosesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, əraziyə yaxın obyektlərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. 

Hazırda ərazidə araşdırmalar aparılır.

12.10.2018 13:39 / Baxılıb: 317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo