İki marşrutun hərəkət trayektoriyası dəyişdirilib

Samir Soltanov/AZADİNFORM. Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. 

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

12.10.2018 12:28 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo