Prezidentin nitqi ölkənin keçdiyi yolunun mənzərəsini ortaya qoydu

Şəfa Tapdıq/AZADİNFORM. “Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayındakı fəaliyyəti və qarşıda dayanan vəzifələrə həsr edilmiş toplantısında cənab Prezident İlham Əliyevin nitqi ölkəmizin keçdiyi yolun bütün mənzərəsini ortaya qoydu”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, ötən müddət ərzində Azərbaycan daxili və xarici siyasətdə uğurlu işlər həyata keçirib: “Ölkə daxilində islahatlar genişləndirilib və dərinləşdirilib. Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib. Ölkənin gələcək inkişafı ilə bağlı konkret və aydın proqramlar hazırlanıb. Azərbaycanın gözəl gələcəyi var”.

12.10.2018 12:00 / Baxılıb: 279 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo