Azərbaycan təbii qaz ixracını artırıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin 3 rübündə Azərbaycandan 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 28 milyon 245 min ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, keçən ilin doqquz ayında ölkədən 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 928 milyon 658 min dollar olub.

12.10.2018 11:43 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo