Axtarışda olan 33 nəfər saxlanılıb - Dünən

Adəm Abbaslı/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 119 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

12.10.2018 11:30 / Baxılıb: 355 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo