Bu il neft və neft məhsullarının dəyəri 11,6 milyard dollara yaxın olub

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 21 milyon 945 min 925 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. 

Azadinform xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilir ki, 9 ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 11 milyard 588 milyon 26 min ABŞ dolları olub. 

Xatırladaq ki, ötən ilin 3 rübündə Azərbaycandan 15 milyon 381 min 808 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 5 milyard 883 milyon 465 min dollar təşkil edib.

12.10.2018 11:20 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo