Neft bahalaşıb

Samir Soltanov/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti bahalaşır. 

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar artaraq 81,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 71,65 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,69 dollar azalaraq 82,45 dollar təşkil edib. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

12.10.2018 11:14 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo