Camal Qaşıqçının cəsədi hissələrə parçalanıb İddia

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın “Vaşinqton Post” qəzeti müxalif jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı səs yazısı və videogörüntünün olduğunu iddia edib. 

Azadinform xəbər verir ki, iddiaya əsasən C. Qaşıqçı konsolluğa girdikdən sonra Səudiyyə Ərəbistanına məxsus təhlükəsizlik əməkdaşları tərəfindən rəsmi sənəd almaq üçün saxlanılıb və daha sonra işgəncə verilərək öldürülüb. İddiada bildirilir ki, C. Qaşıqçı öldürüldükdən sonra təhlükəsizlik əməkdaşları tərəfindən cəsədi hissələrə parçalanıb.

Xatırladaq ki, ABŞ-ın “Vaşinqton Post” qəzetinin əməkdaşı, müxalif jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olduqdan sonra ondan bir daha xəbər alınmayıb.

12.10.2018 10:54 / Baxılıb: 337 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo