Ödənişsiz Veb Dizayn kursu Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün

AZADİNFORM. “Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir.

Şirkətlər qrupundan Azadinform-a verilən məlumata görə, sosial layihə olaraq, “Veb Dizayn” (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) kimi xeyriyyə  xarakterli 3 aylıq kurslar təşkil edilir. Kursa Qarabağ qaziləri, şəhid ailələrinin övladları və ailə üzvləri (17-25 yaş arası) cəlb ediləcək.

Qeyd edək ki, 48 saatlıq proqram əsasında təşkil olunacaq kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər Odlar Yurdu Universitetinin “Texnoparkında” “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin müəllimləri tərəfindən tədris olunacaq. 

“Veysəloğlu” şirkətlər qrupun “Veb Dizayn” kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə, kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır. 

Xatırladaq ki, “Veb Dizayn” kursunun dərsləri 1 noyabr 2018-ci ildə başlayacaq. Bu kursda İKT sahəsində ibtidai bilikləri olan 10 gənc iştirak edə biləcək. Layihədə iştirak etmək istəyən şəhid və Qarabağ qazilərinin övladları özləri haqqında məlumatı 20.10.2018-ci il tarixinə qədər khayal.verdiyev@veyseloglu.az email ünvanına göndərə bilərlər.  

12.10.2018 10:45 / Baxılıb: 310 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo