Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına qarşı petisiya hazırlanıb

Adəm Abbaslı/AZADİNFORM. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz edirlər.

Diasporla iş üzrə Dövlət Komitəsindən Azadinform-a verilən məlumata görə, bununla bağlı artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır. Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Bildirilir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin Arsax adlandırılması, ikili standartların nümunəsidir və  Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.

Qeyd edək ki, bu haqsızlığın bərpası, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir.

 

http://www.stopprovocation.com/

 

12.10.2018 10:26 / Baxılıb: 349 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo