İcazəsiz balıq ovlayan saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb. 

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

12.10.2018 10:18 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo