Farer adaları və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

UEFA Millətlər Liqasının III turunda üz-üzə gələcək Farer adaları və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Azadinform-un məlumatına görə, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov Malta ilə ötən oyunla müqayisədə ilk 11-likdə 3 dəyişiklik edib.

Emin Mahmudov, Rauf Əliyev və Təmkin Xəlilzadəni Araz Abdullayev, Rüfət Dadaşov və Rahil Məmmədov əvəzləyib.

Bundan başqa, Maksim Medvedev ənənəvi sağ cinah müdafiəçisi mövqeyinə çəkilib, mərkəzdə isə ilk dəfə Rahil Məmmədov yer alıb. Araz Abdullayev yarımmüdafiənin solunda, Mahir Mədətov sağında yer alacaqsa, mərkəz hücumçusu mövqeyindəki Rüfət Dadaşova Dmitri Nazarov dəstək verəcək.

Farer adaları yığmasında isə ehtiyat oyunçular skamyasında 12 deyil, cəmi 10 oyunçunun yer alması diqqət çəkir.

Farer adaları: 1 Qunnar Nilsen 3 Vilormur Davidsen 4 Atli Qreqersen (k.), 6 Hallur Hansson, 7. Kay Bartalsstovu, 8 Brandur Hendriksson, 9 Gilli Sörensen, 10 Finnur Yustinussen, 14 Yohan Edmundsson, 15 Odmar Feryo, 16 Rene Yonsen

Ehtiyat oyunçular: 12 Teytur Gestsson, 23 Kristian Yönssen, 2 Maqnus Egilsson, 11 Heyni Vatnsdal, 13 Aleks Mellemqaard, 17 Qunnar Vatnhamar, 19 Roqvi Baldvinsson, 20 Eli Nilsen, 21 Klemint Olsen, 22 Pol Yohannus Yustinussen

Baş məşqçi: Lars Olsen

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Torshavn şəhərindəki "Torsvollur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

11.10.2018 22:43 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
    19.10.2018
    Xeyirhah Messi
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo