Azərbaycan xalq mahnıları festivalı çərçivəsində növbəti konsert keçirilib

Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib.

Azadinform xəbər verir ki, layihə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb.

Festivalda tarzən, Xalq artisti Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda səsləndiriblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.

11.10.2018 23:21 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo