Çuvaş Respublikasında mikroavtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Çuvaş Respublikasında avtobus və yük maşınının iştirakı ilə baş verən yol qəzasında 11 nəfər ölüb, daha 19-u yaralanıb.

Azadinform xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Yük maşını və Kanaşdan Moskvaya gedən "Fiat" markalı sərnişin mikroavtobusu toqquşub", — deyə "İnterfax" Daxili İşlər Nazirliyinin (DİN) məlumatını sitat gətirib.

Qəza Bakı vaxtı ilə təqribən 20:10-da respublikanın Çeboksar rayonunda baş verib.

DİN-in məlumatına görə, qəzaya yük maşınının qarşı zolağa çıxması səbəb olub.

11.10.2018 23:09 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo