Şəmkirdə evdən narkotik maddə tapılıb

Şəmkir rayonunda evdən narkotik maddə tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Azadinform-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayonunun Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. 

Bu zaman yaşayış evinin həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə 2 ədəd 6 kiloqram çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428.423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

11.10.2018 22:08 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo