Çavuşoğlu: Səudiyyə Ərəbistanı bu məsələdə Türkiyə ilə əməkdaşlıq etməlidir

“ABŞ müfəttişlərinin Camal Qaşıqçı hadisəsi ilə bağlı işə başlaması haqqında məlumat doğru deyil”

Azadinform xəbər verir ki, məlumatı “Anadolu” agentliyi diplomatik qaynaqlara istinadən yayıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın Mosul və Bəsrə şəhərlərində konsulluqlarının yenidən fəaliyyət başlaması ilə bağlı tədbirdə bildirib: “Jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanının bizimlə əməkdaşlıq etməsi lazımdır. Biz Səudiyyə Ərəbistanı ilə bu məsələdə yaxından əməkdaşlıq etmək istəyirik”.

ABŞ Prezidenti Donald Tramp isə jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı amerikalı müfəttişlərin araşdırmaya başladıqlarını bildirmişdi. 

11.10.2018 21:32 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo