ABŞ Müdafiə Nazirliyi F-35lərin uçuşlarını dayandırıb

ABŞ Müdafiə Nazirliyi “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırıb.

Azadinform “Military Times” portalına istinadən xəbər verir ki, mütəxəssislər həmin təyyarələrin yanacaq sistemində nasazlıq ola biləcəyini düşünürlər. Ona görə də istər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələri yoxlanılacaq. Bunun üçün 24 saatdan 48 saatadək vaxt sərf olunacağı gözlənilir.

Qeyd edək ki, “F-35” təyyarələrinin yoxlanılması barədə qərar sentyabrın 28-də Cənubi Karolinada dəniz piyadaları korpusuna məxsus “F-35-M” təyyarəsinin qəzaya uğramasından sonra verilmişdi. Həmin qəzada pilot təyyarədən paraşütlə atılaraq sağ qalmışdı.

11.10.2018 21:19 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo