Həbsdə olan qızına spirtli içki gətirdi

Samir Soltanov/AZADİNFORM. 4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Penitensiar xidmətdən Azadinform-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman “Nabeghlavi” adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

11.10.2018 18:50 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.05.2019
    18.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo