| |||||
AzMİU 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edibAZADİNFORM. “Uşaqların gələcəyinə sərmayə” devizi altında Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“Education 2018”) keçirilib. Ölkəmizin aparıcı universitetləri, eləcə də orta təhsil, ilk peşə-ixtisas təhsil müəssisələri, ixtisaslaşma mərkəzlərinin iştirak etdiyi sərgiyə eyni zamanda dünyanın 12 ölkəsindən 135 iştirakçı da qatılıb. Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) geniş pavilyonda təmsil olunub.İştirakçılar AzMİU-nun sərgisi ilə xüsusi maraqlanıb, universitetin fakültə və ixtisasları ilə yaxından tanış olub, müxtəlif suallar ünvanlayıblar. 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“Education 2018”) ilə tanış olan təhsil naziri Ceyhun Bayramov AzMİU-nun pavilyonuna da baş çəkib, universitetin fəaliyyəti, gələcək planları ilə maraqlanıb. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri, gələcək perspektivləri haqqında nazirə məlumatlar veriblər.
11.10.2018 18:00 / Baxılıb: 382 /
Bu bölmədə ![]() ![]() ![]() |
![]() 18.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |