Qlobal neft tədarükü 230 min barrel artıb

Samir Soltanov/AZADİNFORM. Sentyabrda qlobal neft tədarükü avqust ayı ilə müqayisədə 230 min barrel artaraq gündəlik 99 milyon barrel olub. 

Azadinform xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. 

Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı 100 min barrel çoxalaraq sutkada 66 milyon 300 min barrelə çatıb. 

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 360 min barrel artaraq gündəlik 100 milyon 150 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə 2019-cu ildə sutkada 31 milyon 800 min barrel olacağı gözlənilir.

11.10.2018 18:30 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo