Azercell gözləri müayinə etdirir - Pulsuz

Adəm Abbaslı/AZADİNFORM. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir.

İnsanların rifahına və gələcək nəslin sağlam böyüməsinə yönəlik bır sıra sosial təşəbbüsləri dəstəkləyən və fəaliyyəti boyunca bu yöndə layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin ”Mobil Göz Klinikası” il boyu olduğu kimi, təqvimdəki bu gün münasibətilə də növbəti səfərə çıxıb. Belə ki, şirkətin dəstəyilə ilə yaradılan və artıq 7 ildir fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri 11 oktyabrda Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq və reabilitasiya müəssisəsində oftalmoloji müayinə keçiriblər. Klinikanın həkimləri qaçqın və məcburi köçkünləri, şəhid ailələrini, onların uşaqlarını, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlıları, uğursuz ailədən olan uşaqları, ahılları, əlilləri müayinə ediblər. 

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilən müayinələr zamanı insanlara peşəkar oftalmoloqlar, mütəxəssislər xidmət göstərir, gözlərin qorunması üçün zəruri məsləhətlər verirlər. 2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib. 7 il ərzində isə 6063 nəfər bu unikal layihədən yararlanıb.

11.10.2018 17:40 / Baxılıb: 393 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo