Bu il 1680 əkiz, 78 üçəm doğulub

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 90523, yaxud hər gün orta hesabla 373 yeni doğulmuş körpə qeydə alınıb. 

Azadinform xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib. 

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir. 

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

11.10.2018 17:22 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo