Əhalinin sayı açıqlanıb

Samir Soltanov / AZADİNFORM. İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb. 

Azadinform xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. 

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

11.10.2018 17:08 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo