Qanunsuz ov edənlərdən 56 silah, 110-dan çox patron götürülüb

Şəfa Tapdıq/AZADİNFORM. “May ayından ov mövsümü başlayıb. Oktyabrın 13-dən etibarən isə su bataqlıq quşlarının ovuna icazə veriləcək”. 

Azadinform xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib. Bildirib ki, ovçu bileti almaq üçün nazirliyə müraciət edilməlidir: “Həmin şəxslər test imtahanı verəcəklər, silah, quşlar və s barədə məlumatlı olmalıdırlar”.

Departament direktoru onu da deyib ki, son 6 ayda 63 nəfər qanunsuz ov etdiyinə görə saxlanılıb: “Onlardan ümumilikdə 56 silah, 110-dan çox patron götürülüb. Aralarında əcnəbi şəxslər də var”.

11.10.2018 17:00 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo