Bu, ictimaiyyətin seçdiyi liderin öz vəzifəsinə məsuliyyətlə yanaşdığı qənaətinə gətirir

Ləman Hüseynzadə / AZADİNFORM. “Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin çıxışı mahiyyətcə Azərbaycan xalqı qarşısında onun liderinin növbəti hesabatı idi”.

Bunu Azadinform-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyev öz fəaliyyəti, görülən işlər və problemlər barəsində vaxtaşırı ictimaiyyət qarşısında geniş hesabat verir: “Cənab prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti dövlətçiliyimizin qorunması, bütün sahələr üzrə inkişafımızın təmin edilməsi və insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət verir. Azərbaycanda stabilliyin qorunması, hüquqi normativlərin həmişə yüksək olması ona gətirib çıxarır ki, ölkədə stabillik, tolerantlıq var və ölkə dünya birliyində özünün yüksək nüfuzunu qoruyub saxlamağa çalışır”.

Deputat qeyd edib ki, iqtisadi inkişaf daima dövlətin diqqətindədir: “Burada ənənəvi neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına böyük diqqət göstərilir. Bunun nəticəsidir ki, bu il qeyri-neft sektorunun inkişafına böyük sərmayələr qoyulub. Doqquz ay ərzində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar investisiya qoyulub, 85 min daimi iş yeri açılıb. Eyni zamanda, Azərbaycan özünün Dağlıq Qarabağ probleminin həlli üçün böyük səylər göstərib. Silahlı Qüvvələrimiz gücləndirilib, ən yeni texnikalarla təmin edilib, onlardan istifadə edə biləcək mütəxəssislər hazırlanıb. Demək olar ki, bu gün Azərbaycan özünün qarşısında duran bütün problemləri yüksək səviyyədə həll edib. Nazirlər Kabinetində cənab prezidentin bir neçə nazirin hesabatını dinləyib hökumətə müəyyən konkret tapşırıqlar verməsi ictimaiyyətin seçdiyi liderin öz vəzifəsinə məsuliyyətlə yanaşdığı qənaətinə gətirir”.

11.10.2018 16:50 / Baxılıb: 350 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo