Camal Qaşıqçının qardaşı və qardaşı arvadı öldürülüb İddia

Samir Soltanov/AZADİNFORM. Ötən həftə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsolluğuna girdikdən sonra itkin düşən müxalif jurnalist Camal Qaşıqçının qardaşı Əhməd Qaşıqçı və qardaşı arvadının öldürülməsi ilə bağlı məlumatlar yayılıb. 

Azadinform xəbər verir ki, iddiaya əsasən Ə. Qaşıqçının Ciddədəki evinə hücum edilib. Bildirilir ki, maskalı və əllərində qılınc olan şəxslər Əhməd Qaşıqçı və arvadını qətlə yetirib. Ə. Qaşıqçının 3 övladı isə qaçaraq xilas olub. Qonşuların verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları cəsədləri bilinməyən yerə aparıb. 

11.10.2018 16:39 / Baxılıb: 342 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo