VII turunun ən yaxşı oyunçusu

Samir Soltanov/AZADİNFORM. “İnStat Sport”un təhlilinə əsasən Topaz Premyer Liqasının VII turunun ən yaxşı oyunçusu məlum olub. 

Azadinform PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “Zirə”nin müdafiəçisi Miloş Radivoyeviçdir. “Qəbələ”yə qarşı keçirilən oyunda serb futbolçu komandasına qələbə qazandıran qolun müəllifi olub. Araşdırmalara əsasən Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudur. 

Qeyd edək ki, "Zirə" - "Qəbələ" matçı paytaxt klubunun 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.

11.10.2018 16:10 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo