Azərbaycan Malta oyunu xorvatiyalı hakimlərə tapşırılıb

Samir Soltanov/AZADİNFORM. UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Malta oyununa təyinatlar açıqlanıb. 

Azadinform xəbər verir ki, qarşılaşma xorvatiyalı hakimlərə tapşırılıb. Oyunun baş hakimi İvan Bebek, köməkçi hakimlər isə O Tomislav Petroviç və Miro Qrqiç olacaq. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək. Oyunun əlavə köməkçi hakimləri isə Mario Zebeklə Qoran Qabrilo olacaq.  

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu 20:00-da başlayacaq.

11.10.2018 15:00 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo