Quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi” Xidmətinə oktyabrın 10-da Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsinin baş verməsi barədə müraciət daxil olub. 

DİN-in mətbuat xidmətindən Azadinform-a bildiriblər ki, məlumatla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal araşdırmalar aparılıb. Müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən iki sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı götürüb gediblər. 

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər də məhkum olunmuş Azər Abuzərov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Quldurluqda şübhəli bilinən digər şəxsin tutulması üçün Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11.10.2018 14:40 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo