Beynəlxalq sertifikatlar təqdim edən imtahanları DİM-də verə bilərsiniz

Adəm Abbaslı/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən “PTE Academic”, həmçinin müxtəlif sahələrə aid (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) 100-ə yaxın imtahanı keçirmək hüququnu əldə edib.

Bu barədə Azadinform-a DİM-dən məlumat verilib.

Qeyd edək ki, “Pearson VUE” təhlükəsiz şəraitdə onlayn imtahanlar keçirən və test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunur. “Pearson VUE” hər il 14 milyondan çox insanın imtahan verdiyi, Microsoft, CFA, CİMA, HP, Cisco, və s. şirkətlərin tərəfdaşı olduğu test mərkəzidir.

İmtahanlarda iştirak etmək üçün pearsonvue.com saytında hesab açmaq lazımdır. Daha sonra imtahan verəcəyiniz proqramı seçib şəxsi hesabınıza daxil olursunuz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən imtahan verəcəyiniz test mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzini seçdikdən sonra DİM-də mümkün olan imtahan günləri və s. məlumatları əldə edə bilərsiniz.

Dövlət İmtahan Mərkəzində “PTE Academic” ingilis dili imtahanları həftənin I,III,V günləri saat 10:00–13:00-da, müxtəlif sahələr (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) üzrə keçirilən digər imtahanlar isə həftənin I və V günləri 10:00-13:00-da, III günü isə 10:00-13:00-da keçirilir.

11.10.2018 14:23 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo