İki kəndə təbii qaz verilib

Adəm Abbaslı/AZADİNFORM. Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Azadinform-a verilən məlumata görə, 152 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 404 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

11.10.2018 14:10 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo