Amerikalı senator Səudiyyə Ərəbistanına hərbi yardımın dayandırılmasını tələb edib

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Kentuski əyalətinin senatoru Rand Paul oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsolluğuna girdikdən sonra itən müxalif jurnalist Camal Qaşıqçının sağ olaraq geri qayıdana qədər bu ölkəyə hərbi yardımların dayandırılması barədə çağırış edib. 

Azadinform xəbər verir ki, senator Səudiyyə Ərəbistanı ordusuna göndərilən bütün maliyyə, təhsil və koordinasiyanın kəsilməsi istiqamətində səy göstərəcəyini açıqlayıb: “İllərdir ABŞ-ın Səudiyyə Ərəbistanına dəstəyini qınayıram. İŞİD-ə daha çox bu ölkənin vətəndaşları qatılır. Amerika niyə terrora dəstək verən bir ölkəyə silah satır? Heç bir neft ya da silah razılaşması belə bir rejimlə münasibəti haqlı çıxarmaz”.

11.10.2018 13:20 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo