Elə etməliyik ki, insanlar onları təmsil edən şəxsə güvənsinlər - Deputatın hesabatı

Şəfa Tapdıq/AZADİNFORM. “İlk dəfə deyil millət vəkili seçilirəm və artıq 13 ildir Bakının Bakıxanov qəsəbəsinin deputatıyam. Qəsəbədə parkların və uşaqlar üçün əyləncə yerlərinin salınmasının təşəbbüskarı olmuşam. Məktəblərdə ara-sıra görüşlər keçirirəm. İdman meydançalarının yaradılması üçün müvafiq qurumlara müraciətlər edirəm və üç futbol meydançasının salınmasına nail olmuşam”. 

Bu sözləri Azadinform-a “Deputatın hesabatı” layihəsi çərçivəsində 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən seçilmiş millət vəkili Fazil Mustafa ötən müddətdə görülmüş işlər və qarşıda duran məsələlərdən danışarkən deyib. Bildirib ki, yerli icra və bələdiyyə orqanları ilə seçicilərin problemlərini vaxtaşırı müzakirə edirlər və bu, məsələlərin operativ həllinə çox faydalı olur: “Əsas işim həftədə bir dəfə seçiciləri qəbul etmək, problemlərinin həllinə çalışmaqdır. Daha çox müraciətləri elektron formada alıram və dərhal həlli üçün müvafiq ünvana yönləndirirəm. Seçicilərlə daha çox kiçik qruplar və ya fərdi formada yaşadıqları, işlədikləri məkanda görüşürəm”.

Millət vəkili diqqətə çatdırıb ki, son vaxtlar pilot layihələr üzrə tikintilər start götürüb, bu da insanların məskunlaşmasında müəyyən sıxıntılar yaradıb: “Müraciət edənlər daha çox bu məsələni dilə gətirirlər. Liftin işləməməsi, yaşayış binalarının zirzəmilərində çirkab suların yığılması və. Bank kreditlərinin yaratdığı problemlər də çox səsləndirilir və çalışırıq ki, insanların narahatlığını az da olsa, yüngülləşdirək. Bundan sonra daha çox görülən işlərin davamı barədə düşünürük və qarşıya çıxan məsələlərin operativ həlli yollarını tapmağa çalışırıq. Elə etməliyik ki, insanlar onları təmsil edən şəxsə həm güvənsinlər, həm də haqlı olaraq ondan daha fəal olmağı tələb etsinlər”.

11.10.2018 13:00 / Baxılıb: 1588 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo