Azeri Light 85,14 dollardan satılır

Samir Soltanov/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti ucuzlaşır. 

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,29 dollar azalaraq 81,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,09 dollar ucuzlaşaraq 72,08 dollar olub. 

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar azalaraq 85,14 dollar təşkil edib. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

11.10.2018 10:47 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo