İrandan Azərbaycana heroin keçirmək istəyənlər saxlanılıb Foto

Samir Soltanov/AZADİNFORM. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

DSX-dən Azadinform-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu saxlanılıblar. 

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub. 

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

11.10.2018 10:10 / Baxılıb: 164 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo