Dünyanı kim idarə edir?

Bu gün dünyada hər kəs “bəşəriyyəti ABŞ, yaxud yəhudilər idarə edir” fikirlərinə hədsiz inanır. Bu sadəcə diqqətləri yayındırmaq üçündür. Pərdə arxasında Böyük Britaniya - İngiltərə gizlənir. ABŞ-da kobud güc, İngiltərədə isə ağıl var. Amerikanın siyasəti və iqtisadiyyatı iki klandan asılıdır - bu Rotşildlər və Rokfellerlər sülaləsidir. Bu iki milyarderlərin var-dövləti isə İngiltərə banklarında saxlanılır.

 

 

Ölkələri qarışdırmaq, müharibələr çıxarmaq, ərazilər işğal etməyə daha çox kim maraqlıdır?  Əlbəttə ki, dünyaya sahiblənən, müstəmləkələrə çevirən balaca ada dövləti İngiltərə, alçaqboy gülümsəyən qadın - Liza nənə.

 

 

Bəs kim arxeoloji qazıntı həvəskarıdır? Əlbəttə ki, İngiltərə. Hara baxırsan arxeoloji qazıntıları ilk dəfə İngiltərə ya aparıb, ya da aparır. Deyəcəksiniz burda nə var ki? Qazıntıları kim aparırsa, o da tapıntılara istədiyi  xronologiyanı, yer adını və anlamı təyin edir ki, bunun da həqiqət ilə heç bir əlaqəsi yoxdur. 1224 - 1266-cı illərdə Qızıl Orda imperiyası tərkibində yerləşən Yaponiya, Çin, Hindistan və Misirə girən ingilislər, bu ölkələrə Qızıl Ordadan qalan tarixi və mədəniyyəti öyrənərək saxtalaşdırdılar.

 

 

Dünyada istifadə edilməkdə olan ən qədim pul vahidi İngilis sterlinqidir. İstifadə müddətində yaşanan bir çox böhranlara baxmayaraq İngilis sterlinqi dünyanın ən qiymətli pul vahidləri arasında qalmağı bacarmışdı. 1 İngilis sterlinqi hal-hazırda 1.42 ABŞ dollarıdır. Funt sterlinq dünya valyuta ehtiyatları sırasında öz əhəmiyyətinə görə birinci yerdə dayandığından, dünya iqtisadiyyatında da xüsusi çəkiyə malik olub, çox vacib rol oynayır. Bu əhəmiyyət bir tərəfdən Londonun beynəlxalq maliyyə mərkəzi statusu ilə izah olunursa, digər tərəfdən isə Birləşmiş Krallığın dünya dövlətləri sırasında lider mövqeyi ilə əlaqədardır. Dünyanın hər yerindən Böyük Britaniyaya sərmayə axını gəlir, təbii ki, bu da ölkənin milli valyutasının güclənməsinə təsir edən amillər sırasındadır. Bununla yanaşı, Birləşmiş Krallıq kapital cəlb etmək istəyən şirkətlər arasında da böyük populyarlığa malikdir.

 

 

BP - Böyük Britaniyanın enerji şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə, dünyanın üçüncü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub.


17-ci əsrdə müttəfiq olan Rusiya və Türkiyənin arasını qarışdıraraq, kənarda durub sakitcə izləyən İngilislər olmuşdur.  Əgər dünyada haradasa bir münaqişə baş verərsə, məhz orada “Bölün və fəth edin” əqidəsinə sahib ingilislərin əli var.

 

 

“Bəs yəhudilər? – soruşa bilərsiniz.  Hər kəsə məlumdur ki, dünyanı onlar idarə edir. Tarix boyu yəhudilərdə hər dövrdə pul olub, demək hakimiyyət də onlardadır”. Bəli, onlarda pul var, yəhudiləri “savaşqan uşaqlar” kimi seçiblər ki, dünyanı həqiqi idarə edənlərdən diqqət yayındırsınlar. Sadəcə pul dünyanı idarə etmək üçün bəs etməz, bunun üçün xüsusi zəka lazımdır - bu da ingilislərdə var.


Britaniyalılar orta əsrdən bəri heç bir şeyi dəyişməyiblər, onlarda dövlət öncəki kimi kraliyyət adlanır. Monarxiya rejimidir və hər şeyi kraliça idarə edir. Dünyada öz imperiyasını saxlayan yeganə dövlət Britaniyadır. Bu gün rəsmi olaraq müstəmləkə yoxdur,  suvenir adı ilə tabe olan ərazi var. Dünyada ən çox müstəmləkəsi olan dövlət  Böyük Britaniyadır. 


Britaniya imperiyası dünya tarixinin indiyə qədər mövcud olmuş ən böyük dövləti hesab edilir. İmperiya dünyanın bütün qitələrində müstəmləkəyə sahib olub. Şimali Amerikada 13 ştatdan ibarət ABŞ, Böyük Britaniyanın tabeliyində olmuş koloniyalardır. 4 iyul 1776-cı ildə koloniyalar Böyük Britaniyaya qarşı birləşərək, Amerika Birləşmiş Ştatlarını yaratmışlar. Amerika dünyanı qarışdırır kimi görünür olsa da Britaniyanın oyuncağıdır.

 

 

Britaniya imperiyası süqut etsə də, rəsmi dili hələ də dünyada hegemonluğunu saxlayır. İmperiyanın öz məqsədləri üçün müxtəlif xalqlar arasında yaratdığı münaqişələr, cızdığı yanlış xəritələrin fəsadları hələ də dünya üçün başağrısı olaraq qalmaqdadır. 

İkinci yerdə Almaniyadır ki, Avropa İttifaqı adlı müstəmləkələri öz ixtiyarı ilə ittifaqdan çıxa bilməz. Üçüncü yerdə Afrikanı müstəmləkəyə çevirən Fransa, dördüncü yerdə isə MDB ölkələrinin çoxuna qeyri-rəsmi nəzarət hüququnu saxlayan Rusiyadır. Sadəcə Ukrayna, Gürcüstan və Azərbaycan gömrük birliyindən imtina edərək öz suverenliyini qorumağı bacarır.  


Elçin Eyvazalı

11.10.2018 09:50 / Baxılıb: 647 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo