Ovlanmasına icazə verilən heyvanlar Siyahı

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.

Çöl donuzu (qaban) 

Ovlanma müddəti: 15 sentyabr-22 dekabr 2018-ci il

Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında 


Dovşan

Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında


Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində 


Qaz 

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il 

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində 


Ördək 

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il 

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində 


Qaşqaldaq 

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il 

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

11.10.2018 10:00 / Baxılıb: 648 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo