ATƏT PA-nın sədri: "Qarabağ münaqişəsi məsələsində beynəlxalq hüquq prinsiplərinə sadiqlik kənara qoyulub"

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinin riayət olunmasına sadiqlik kənara qoyulub.

Bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü zamanı deyib.

Tsereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında mühüm uyğunsuzluqlara doğru aparmağından təəssüfləndiyini bildirib: "Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir". (trend)

10.10.2018 23:58 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo