A seriyası klubunda baş məşqçi dəyişikliyi olub

İtaliya A seriyası təmsilçisi "Cenoa" baş məşqçisi Davide Ballardinini istefaya göndərib.

Azadinform-un klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın cari mövsüm ölkə çempionatında uğursuz çıxışı səbəb olub. Yeni baş məşqçi vəzifəsinə İvan Yuriç təyin edilib.

Qeyd edək ki, "Cenoa" hazırda A seriyasında 12 xalla 11-ci pillədə qərarlaşıb.

10.10.2018 23:21 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo