AFFA-nın baş katibi Londonda

Samir Soltanov/AZADİNFORM. İngiltərənin paytaxtı London şəhərində, “Stenford Bric” stadionunda “Leaders in sport” sammiti keçirilir. 

Azadinform AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edir. 2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli təşkilat komitəsinin üzvləri də sammitdə təmsil olunur. 

Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

10.10.2018 19:00 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo