Gələn il neftin qiyməti 100 dolları keçə bilər

Samir Soltanov/AZADİNFORM. Ekspertlər 2019-cu ildə neftin bir barrelinin qiymətinin 65-100 dollar arasında dəyişəcəyini nəzərdə tutur. 

Azadinform xəbər verir ki, neftin qiyməti ABŞ-ın İrana qarşı noyabrın 5-dən tətbiq edəcəyi sanksiyalar fonunda artır. Belə ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti ötən həftə 86,74 dollaradək artaraq 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatmışdı. 

Hasilat və ixracına görə İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) əsas ölkələrdəndir. ABŞ-ın sanksiyaları dünyanın ən böyük neft ehtiyatına malik ölkələrin üzv olduğu OPEC-in istehsal imkanlarını da sınağa çəkəcək. 

Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar neftin bir barrelinin qiyməti gələn il 65 dollardan aşağı düşməyəcək, ehtimal ki, 100 dollardan çox olacaq. 

Aparıcı neft treyder şirkətlərindən biri olan “Trafigura”nın rəhbəri Jeremy Weir Londondakı neft konfransında deyib: “Neftin qiyməti 100 dollar/barreli keçərsə təəccüblənmərəm”. 

Eyni konfransda çıxış edən “Glencore” neft-qaz şirkətinin rəhbəri Alex Beard isə orta müddətdə neftin qiymətinin 85-90 dollar/barrel səviyyəsində olacağını proqnozlaşdırdığını bildirib. 

Dünyanın ən böyük neft treyder şirkəti olan “Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist deyib: “Tələbatdakı artın öz gücünü itirəcək və neftin qiyməti gələn il 70-75 dollar/barrel səviyyəsinə düşəcək”.

10.10.2018 17:58 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo