Lavrov İdlibdəki son proseslərdən danışdı

Samir Soltanov/AZADİNFORM. Rusiya xarici işlər naziri Sergey Lavrov Soçi razılaşması istiqamətində atılan addımlardan danışıb. 

Azadinform xəbər verir ki, XİN rəhbəri İdlibin silahsızlaşdırılması istiqamətində yetəri qədər irəliləyiş əldə edildiyini bildirib: “Razılaşmaya əsasən ərazinin silahsızlaşdırılması müddəti oktyabrın 15-nə qədər yekunlaşmalıdır. İdlibdə türk ortaqlarımızla birlikdə aktiv olaraq çalışırıq. Bizdə olan məlumata əsasən İdlibdə məsələ ilə bağlı yetəri qədər irəliləyişlər əldə edilib. Prosesin 1-2 gün uzanması problem deyil. Əsas odur ki, məsələ ilə bağlı aparılan iş keyfiyyətli olsun. Ərazinin silahsızlaşdırılması ilə bağlı işlər davam edir. Biz türkiyəli ortaqlarımızın mübarizəsini dəstəkləyirik”.

10.10.2018 16:30 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo