XİN: Bu Ermənistanın işğalçı siyasətinə xidmət edən növbəti təxribatdır

Adəm Abbaslı/AZADİNFORM. Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır. Bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

Azadinform xəbər verir ki, bu məlumat Azadinform-a Azərbaycan Xarici İşlər nazirliyindən daxil olub. Şərhin davamında vurğulanır ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

Qeyd edilir ki, Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir.

10.10.2018 16:10 / Baxılıb: 442 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo