Azərbaycan və İran parlament sədrləri arasında görüş olub

Samir Soltanov/AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədov Antalyada İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. 

Milli Məclisin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.

10.10.2018 15:10 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo