Arda tanınmış müğənninin burnunu sındırdı

Samir Soltanov/AZADİNFORM. “İstanbul Başakşehir” klubunun formasını geyinən futbolçu Arda Turan türkiyəli müğənni Berkay ilə dava salıb. 

Azadinform xəbər verir ki, Arda müğənninin burnunu sındırıb. Dava Ardanın Berkayın həyat yoldaşı Özlem Ada Şahinə söz atmasından sonra yaranıb. Arda Berkayın xanımına bildirib: “Çox gözəl xanımsan. Subay olsaydın səninlə sevgili olardım”. Bundan sonra Berkay “Gəl səninlə söhbət edək” – deyərək futbolçunu çölə çağırıb. Arda da Berkaya kəllə ilə zərbə endirib. Bildirilir ki, davadan sonra müğənnini həyat yoldaşı onu xəstəxanaya aparıb. 

10.10.2018 14:20 / Baxılıb: 575 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo