Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolu var

Samir Soltanov/AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədov Antalyada Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb. 

Milli Məclisin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə iki qonşu ölkənin parlamentləri arasında münasibətlərin dinamikası yüksək dəyərləndirilib. Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar. Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısında hər iki ölkənin ümumi maraqlarını əks etdirən mövqenin nümayiş etdirildiyi bildirilib. 

Spikerlər arasında görüşlərin müntəzəm xarakterli olduğunu diqqətə çatdıran Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunur. 

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu yüksək dəyərləndirən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, keçirilən hər bir görüş faydalıdır və əhəmiyyətlidir.

10.10.2018 14:07 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo